Azərbaycanlı casusluqda şübhəli bilinərək saxlanıldı

 Azərbaycanlı casusluqda şübhəli bilinərək saxlanıldı

Moldova hüquq-mühafizə orqanları 49 yaşlı Azərbaycan vətəndaşını hərbi obyektlər barədə məlumat toplamaqda və Moldova ilə Ukraynada təxribat hazırlamaqda şübhəli bilərək saxlayıb.

Asayis.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.

İstintaqa görə, şübhəli şəxs Rusiya xüsusi xidmətləri tərəfindən cəlb edilib və Moldova, eləcə də ABŞ-a məxsus hərbi obyektlər barədə kəşfiyyat məlumatları toplayıb.

Onun telefonunda özünü Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşı kimi təqdim edən şəxslə əlaqələr aşkarlanıb.

Bildirilib ki, saxlanılan şəxs 30 gün müddətinə həbs edilib. Təqsiri sübuta yetirilərsə, onu 2 ildən 5 ilədək həbs cəzası gözləyir.

15:24 - 9 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin