Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür...

 Hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür...

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür. Bu proses məktəbdə formalaşır və çox ciddi problemdir.

Asayis.az APA-aya istinadla xəbər verir ki, bunu PİSA 2025 – Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda oxu bacarıqlarının inkişafına kifayət qədər diqqət yetirilmir:

“Buna müəllimlərin işə qəbulundan və sertifikatlaşdırılmasından başlamalıyıq. Amma yalnız qrammatik suallar və dil qaydalarını bilməyi yoxlayan suallar versək, heç bir dəyişiklik əldə etməyəcəyik. Bu, oxu bacarıqlarına təsir etmir”.

O vurğulayıb ki, Azərbaycan oxu bacarıqları üzrə əsaslı şəkildə geri qalır. Belə ki. PİSA 2025 nəticələrinə əsasən, Azərbaycan bu göstərici üzrə 71-ci yerdə qərarlaşıb:

“Bu, bizim müəllimlərimizin və təhsil ictimaiyyətinin ən ciddi şəkildə müzakirə etməli olduğu məsələlərdən biri olmalıdır”, – nazir əlavə edib.

13:58 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin