Qarğıdalı sahəsində narkotik əkdi - Video

 Qarğıdalı sahəsində narkotik əkdi - Video

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.

Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

11:56 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin