24 yaşlı oğlanı qatar vurub öldürdü

 24 yaşlı oğlanı qatar vurub öldürdü

Şəmkirdə gənc oğlanı qatar vurub.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik-Gürcüstan dəmir yolu xəttinin rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Sabirkənd kənd sakini, 2002-ci il təvəllüdlü R. Vəliyevi dəmir yolu xəttini keçərkən qatar vurub.

Gənc aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

09:36 - 8 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin