Hava Limanı yolunda sürət həddi endirildi

 Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Asayis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi aktivləşdirilib.

"Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".

23:50 - 7 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin