Telefonla çox şəkil çəkmək yaddaşı zəiflədə bilər

 Telefonla çox şəkil çəkmək yaddaşı zəiflədə bilər

ABŞ-da Binghamton Universitetinin 892 iştirakçının qatıldığı yeddi təcrübədən ibarət araşdırması smartfonla davamlı foto və ekran görüntüsü çəkməyin yaddaşa mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

Asayis.az xəbər verir ki, bu barədə ABŞ-ın Binghamton Universitetinin alimləri araşdırma edib.

Araşdırmada yalnız görüntülərə baxan iştirakçıların onları fotoşəkil və ya ekran görüntüsü çəkənlərlə müqayisədə daha çox detal xatırladığı müəyyən edilib. Tədqiqatın aparıcı müəllifi Sofiya Fabrizio bildirib ki, bir düyməyə basmaqla məlumatı xarici yaddaşa köçürmək beynin həmin informasiyanı yadda saxlamaq üçün göstərdiyi səyi azalda bilər.

Mütəxəssislərin fikrincə, “kognitiv yükün ötürülməsi” adlanan bu proses zamanı insanın diqqəti yaşadığı andan telefona yönəlir. Xüsusilə mühüm və emosional anları daim kameraya almaq həmin hadisələrin sonradan daha zəif xatırlanmasına səbəb ola bilər.

02:02 - 4 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin