Əli Vəliyev cəzalandırıldı: 9 ay...

 Əli Vəliyev cəzalandırıldı: 9 ay...

Bu gün Bakı şəhəri Xətai rayon məhkəməsində Əli Vəliyevə Aynur Camal qızı Quliyevanı təhqir etməsi və ona böhtan atması ittihamları üzrə hökm oxunub.

Asayis.az xəbər verir ki, Əli Vəliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib. O, qazancının 20% -i dövlət nəfinə tutulmaqla ümumilikdə 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Məhkəmənin hökmünə əsasən Əli Vəliyevin barəsində həmçinin başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri də seçilib.

19:10 - 3 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin