Bakının bəzi ərazilərində işıq olmayacaq

 Bakının bəzi ərazilərində işıq olmayacaq

Bu gün paytaxtın bir sıra rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.

Asayis.az “Azərişıq” ASC-nin yaydığı məlumata istinadən xəbər verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif Heydərov küçələrinin bəzi ərazilərində də saat 09:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

01:12 - 2 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin