TAU nəticələri açıqladı: 97,5% qəbul, 667,5 bal...

 TAU nəticələri açıqladı: 97,5% qəbul, 667,5 bal...

Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı ilin qəbul nəticələrinə əsasən, Türkiyə-Azərbaycan Universitetində plan yerlərinin 97.5%-i üzrə tələbə qəbulu həyata keçirilib.

Bu barədə Asayis.az-a Türkiyə-Azərbaycan Universitetinin (TAU) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, TAU-nun illər üzrə qəbul dinamikasına baxdıqda ən yüksək göstərici bu il qeydə alınıb:

“Ümumilikdə, bu il 120 plan yeri üçün 117 tələbə qəbul olunub, bu da ötən illə müqayisədə 27% artım deməkdir.

TAU üçün ən yüksək qəbul nəticəsi 667.5 bal, ən aşağı qəbul nəticəsi 401.7 bal olub. TAU-ya qəbul olunanlardan 42 tələbə 600-dən yuxarı bal toplayan, 51 tələbə isə 500-dən yuxarı bal toplayan gənclərdir.

TAU-da kompüter mühəndisliyi ixtisası üzrə 100% nəticə (60 yer – 60 qəbul), sənaye mühəndisliyi ixtisası üzrə 100% nəticə (30 yer – 30 qəbul) və qida mühəndisliyi ixtisası üzrə 90% nəticə (30 yer – 27 qəbul) qeydə alınıb.

Ölkədə qida mühəndisliyi ixtisası üzrə ən yüksək qəbul balı (562.4 bal) və ən yüksək keçid balı (401.7 bal) TAU-da olub. Ölkədə sənaye mühəndisliyi ixtisası üzrə də ən yüksək qəbul balı (667.5 bal) və ən yüksək keçid balı (507.1 bal) TAU-da qeydə alınıb. TAU-da kompüter mühəndisliyi ixtisası bu il də ən çox 600-dən yuxarı bal toplayan tələbə sayı ilə fərqlənib (35 nəfər)”.

21:18 - 1 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin