Babək prospektində KİA yandı - Video

 Babək prospektində KİA yandı - Video

Paytaxtın Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib.

Asayis.az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində KİA markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

17:22 - 1 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin