29 yaşlı qadın Qəbələyə istirahətə getdi: hovuzda ölü tapıldı

 29 yaşlı qadın Qəbələyə istirahətə getdi: hovuzda ölü tapıldı

Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb.

Asayis.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

İmişli rayon sakini - 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.

13:32 - 1 Sentyabr 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin