Bakının bu qəsəbəsində su olmayacaq

 Bakının bu qəsəbəsində su olmayacaq

Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

17:34 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin