34 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı

 34 il əvvəl törədilən qətlin üstü açıldı, oğul saxlanıldı

Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.

Asayis.az xəbər verir ki, hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.

Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.

Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma davam etdirilir.

15:38 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin