Maşını yol kənarındakı ağaclara çırpdı: ölən var - Foto

 Maşını yol kənarındakı ağaclara çırpdı: ölən var - Foto

Füzulidə baş verən qəza zamanı sürücü ölüb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, qəza rayonun Molla Məhərrəmli kəndi ərazidə baş verib.

Füzuli rayon Babı kənd sakini 1999-cu il təvəllüdlü Sahil Xəlil oğlu Quliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaclara çırpılıb.

Nəticədə sürücü S.Quliyev həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

15:10 - 31 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin