Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirildi

 Bakı Olimpiya Stadionunda Təhlükəsizlik konfransı keçirildi

Bakı Olimpiya Stadionunda AFFA və Daxili İşlər Nazirliyinin birgə iştirakı ilə Təhlükəsizlik konfransı təşkil olunub.

AFFA-dan Asayis.az-a verilən məlumata görə, konfransda Azərbaycan Premyer Liqası və beynəlxalq oyunlar zamanı təhlükəsizliyin təmin olunması, kütlənin idarə edilməsi və aidiyyəti qurumlar arasında koordinasiya məsələləri müzakirə olunub.

Tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Elnur Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Şakir Məmmədov, həmçinin Premyer Liqa, I Liqa və II Liqa klublarının təhlükəsizlik menecerləri və azarkeşlərlə iş üzrə məsul şəxslər iştirak ediblər.

22:12 - 24 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin