Göyçayda ağır qəza: 2 ölü, 2 yaralı

 Göyçayda ağır qəza: 2 ölü, 2 yaralı

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Asayis.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Bığır kəndindən keçən hissəsində baş veriib.

İlkin məlumata görə, "Kia" və VAZ-2106 markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

10:54 - 23 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin