Yeniyetmə Tiktok üçün video çəkmək istədi: Cərəyan vurdu

 Yeniyetmə Tiktok üçün video çəkmək istədi: Cərəyan vurdu

Ağstafada yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Asayis.az Teleqraf-a istinadla xəbər verir ki, Ömər Nəsibov qatarın üzərinə çıxaraq Tiktok sosial şəbəkəsi üçün video çəkmək istəyərkən onu elektrik cərəyanı vurub.

Yanıq xəsarətləri alan Ö.Nəsibov xəstəxanalardan birinə yerləşdirilib. Daha sonra onun vəziyyəti ağır olduğundan müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma başlanılıb.

14:20 - 22 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin