Axtarışda olan 48 nəfər Azərbaycana gətirilib

 Axtarışda olan 48 nəfər Azərbaycana gətirilib

2026-cı ilin birinci yarımili ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarışda olan 48 nəfərin xarici ölkələrdən Azərbaycana gətirilməsi təmin olunub.

Asayis.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, 20 nəfər Rusiyadan, 6 nəfər Gürcüstandan, 6 nəfər Qazaxıstandan, 4 nəfər Birləşmiş Ərəb Əmirliklərindən, 4 nəfər Ukraynadan, 2 nəfər Türkiyədən, 2 nəfər Monteneqrodan, 1 nəfər Almaniyadan, 1 nəfər Serbiyadan, 1 nəfər Moldovadan və 1 nəfər Özbəkistandan təhvil alınıb.

Eyni zamanda, bu müddətdə 20 nəfərin xarici ölkələrə təhvil verilməsi təmin edilib. Qeyd edilib ki, 6 nəfər Özbəkistana, 4 nəfər Rusiyaya, 3 nəfər Qırğız Respublikasına, 1 nəfər Moldovaya, 1 nəfər Çinə, 1 nəfər Hindistana, 1 nəfər Türkiyəyə, 1 nəfər Rumıniyaya, 1 nəfər Tacikistana və 1 nəfər Türkmənistana təhvil verilib.

17:48 - 21 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin