39 yaşlı sürücü sükan arxasında öldü

 39 yaşlı sürücü sükan arxasında öldü

Lənkəran rayonunda sürücü sükan arxasında ölüb.

Asayis.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hadisə avqustun 20-si saat 18 radələrində Lənkəran şəhəri Nizami küçəsində baş verib.

Qumbaşı kənd sakini 1987-ci il təvəllüdlü Vüsal Mehman oğlu Nuriyev idarə etdiyi VAZ-2107 markalı 90 LF 064 nömrə nişanlı avtomobildə qəfil vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

13:10 - 21 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin