Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq

 Növbəti 4 gündə 41 dərəcə isti olacaq - Xəbərdarlıq

Yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti sabit, yağmursuz keçəcək.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.

12:42 - 21 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin