14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

 14 yaşlı oğlan ov tüfəngindən açılan atəşdən öldü

Şəmkirdə bədbəxt hadisə baş verib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Dağ Daşbulaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2012-ci il təvəllüdlü E. Cəfərov ov tüfəngindən açılan atəşdən ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

12:52 - 20 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin