Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

 Nazir qalmaqallı xanım direktoru işdən çıxardı

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.

Asayis.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həlavə edilib.

Nigar Səfxanova bu təyinata qədər Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib. O bu illin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz edirdilər.

10:28 - 20 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin