Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

 Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

13:52 - 19 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin