“Ağciyər Xəstəlikləri Mərkəzi” PHŞ-nin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim Mirrəhim Nəbiyev tutduğu vəzifədən azad edilib.
Asayis.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, müvafiq əmrlə Mirrəhim Nəbiyevin Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri – baş həkim vəzifəsində fəaliyyətinə xitam verilib.
Hazırda xəstəxananın rəhbərliyinin kimə həvalə olunacağı barədə məlumat yoxdur.
Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad edilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
