TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat

 TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat

Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova vəzifəsindən azad olunub.

Asayis.az Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Digər əmrlə, Şəlalə Səfərova mərkəzin baş həkimi təyin olunub.

Qeyd edək ki, o, bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.

13:20 - 18 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin