Sabah çimərliklərdə hava necə olacaq?

 Sabah çimərliklərdə hava necə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Asayis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, avqustun 18-i çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

20:10 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin