Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

 Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı şəhərinin iki küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Asayis.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunub ki, avqustun 18-dən etibarən Yasamal rayonunda Zahid Xəlilov küçəsinin Akim Abbasov küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsi saat 08:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Həmin tarixdən Nərimanov rayonunun Ceyhun Hacıbəyli küçəsində Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan hissədə də saat 20:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

18:54 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin