Fuad Nağıyev Nigar Cəbrayılovu özünə müşavir təyin etdi

 Fuad Nağıyev Nigar Cəbrayılovu özünə müşavir təyin etdi

Dövlət Turizm Agentliyinin (DTA) sədrinə yeni müşavir təyin olunub.

Asayis.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Agentlik sədri Fuad Nağıyev müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, Nigar Cəbrayılova sədrin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Cəbrayılova bu təyinatadək sədrin köməkçisi vəzifəsində çalışıb.

12:22 - 17 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin