Biz bütün potensial təchizatçıları satınalma proseslərində daha fəal iştirak etməyə çağırırıq.
Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müavini Mirzə Mirzəyev deyib.
O bildirib ki, iştirakçı sayının artması sağlam rəqabəti gücləndirir:
“Bu, eyni zamanda sahibkarlar üçün dövlət sifarişlərinə çıxış imkanlarını genişləndirir və dövlət satınalmaları sahəsində müsbət dinamikanın davamlı xarakter almasına töhfə verir”.
