Prezident fərman imzaladı

 Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Asayis.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 175 (Cild I); 2024, № 6 (I kitab), maddə 647, № 9, maddə 1001; 2026, № 1, maddə 28, № 3, maddə 226) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 14.9-cu bəndinə “Maliyyə Nazirliyinə,” sözlərindən sonra “Kənd Təsərrüfatı Nazirliyinə,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 793 (Cild I); 2025, № 11, maddə 1018; 2026, № 2, maddə 123, № 3, maddələr 226, 228; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli 751 nömrəli Fərmanı) 28.3-cü bəndinə “Maliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,” sözləri əlavə edilsin.

13:22 - 14 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin