Kirayə evlərin qiyməti kəskin artdı

 Kirayə evlərin qiyməti kəskin artdı

Bu ilin iyun ayının yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin iyun ayının yekunu ilə müqayisədə 7,4%, mayın sonuna nisbətən isə 0,3% çox olub.

Asayis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilib.

Bundan başqa, iyunda ilkin mənzil bazarında qiymətlər orta hesabla 12,4%, təkrar mənzil bazarında isə 8,6% artıb. Ümumi qiymət artımı da 8,6% təşkil edib.

13:06 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin