Sumqayıt sakini dənizdə batdı

 Sumqayıt sakini dənizdə batdı

Sumqayıt sakini dənizdə çimərkən boğularaq ölüb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında baş verib.

Şəhər sakini, 1961-ci il təvəllüdlü Eldar Ləzgi oğlu İsayev dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

11:28 - 10 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin