Zərdabda maşın dirəyə çırpıldı: ölən var - Foto

 Zərdabda maşın dirəyə çırpıldı: ölən var - Foto

Zərdabda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Məlikumudlu kəndində baş verib.

"Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq işiq dirəyinə çırpılıb. İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, yaralılar var.

Fakt araşdırılır.

17:34 - 6 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin