Hacıqabul Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən üç qurum birləşdirilib.
Asayis.az Unikal-a istinadla xəbər verir ki, Hacıqabul rayonunun icra başçısı Sevindik Hətəmovun əmri ilə Yaşıllaşdırma və Abadlıq İşləri İdarəsi, Kommunal Təsərrüfat İdarəsi və Mənzil İstismar Sahəsi birləşdirilərək onların bazasında "Mənzil-Kommunal Təsərrüfatı Müəssisəsi" MMC yaradılıb.
Yeni yaradılan qurumun rəisi vəzifəsinə Aqil Aslanov təyin edilib.
