İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...

 İlk müntəzəm reys: Təbriz-Bakı-Məşhəd...

İranın milli aviadaşıyıcısı “Homa” aviaşirkəti Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm reysi həyata keçirib.

Asayis.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, bu gündən etibarən hər bazar günü həyata keçiriləcək reys iki ölkə arasında hava əlaqələrini gücləndirmək məqsədilə təşkil olunub.

“Homa” aviaşirkəti bununla yanaşı, bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran marşrutları üzrə də müntəzəm reyslər həyata keçirir.

18:50 - 19 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin