Sabunçuda açıq ərazidə yanğın başladı

 Sabunçuda açıq ərazidə yanğın başladı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, R.Rüstəmov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Asayis.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:38 - 19 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin