Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü

 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürdü

Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb.

Asayis.az xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arif Tahir oğlu Camayevi iyulun 15-də yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən elektrik cərəyanı vurub və o, hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

17:32 - 16 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin