Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır

 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti dayanır

Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.

Asayis.az bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.

15:18 - 16 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin