50 min dollara saat almaqdansa... - Emin Ağalarov

 50 min dollara saat almaqdansa... - Emin Ağalarov

Bahalı brendə məxsus saata heç vaxt 50 min dollar vermərəm. Amma həyat yoldaşıma 50 min dollara zinət əşyası almaq mənim üçün asandır.

Asayis.az Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Emin Ağalarov deyib. Müğənni ona ünvanlanan qısa sualları cavablandırıb.

Emin bildirib ki, İspaniyada villa almaq onun üçün mənasızdır:

"Maşınlara pul yatırmaq uğursuzluqdur. Onlar dəyərini çox tez itirirlər. Pulu alış-verişə xərcləməkdənsə, səyahətə xərcləmək daha yaxşıdır. Çünki əsas olan yaşanan hisslərdir".

Qeyd edək ki, Alyona Qavrilova ilə ailəli olan Emin Ağalarovun bu nikahdan Afina adlı qız övladı var.

21:08 - 2 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin