Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi

 Həmyerlimizə ABŞ-da yüksək vəzifə verildi

ABŞ-də yaşayan həmyerlimiz, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan Nəimi Amiral bu ölkənin Pakistandakı hərbi attaşesi vəzifəsinə təyin olunub.

Asayis.az xəbər verir ki, bu barədə onun dostu Elnur Eltürk sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, o, bu təyinatadək ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasında xarici əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

13:28 - 24 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin