Sabah bu rayonlarda qaz olmayacaq

 Sabah bu rayonlarda qaz olmayacaq

Sabah Şirvan və Sabirabad şəhərlərinin bəzi küçələrində qaz təchizatında fasilələr yaranacaq.

Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin bir sıra küçələrinin, Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

18:32 - 22 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin