Niger parlamentinin sədri Bakıya gəldi

 Niger parlamentinin sədri Bakıya gəldi

Niger Respublikası Məsləhət Şurasının sədri Mamoudu Haruna Cinqarey Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə Asayis.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində Məsləhət Şurasının sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.

12:58 - 21 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin