18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı

 18 yaşlı qız tanışı olan oğlanı bıçaqladı

Sumqayıtda 18 yaşlı qız tanışını bıçaqlayıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb

Belə ki, Sumqayıt şəhər sakini, 18 yaşlı G.Ə aralarında yaranmış münaqişə zəminində 20 yaşlı Q.B-a bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Ə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

09:58 - 22 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin