Azərbaycan Dəmir Yolları QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.
Bu barədə Asayis.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.
Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.
