Bakıda kişi yanaraq öldü

 Bakıda kişi yanaraq öldü

Bakıda kişi aldığı yanıq xəsarətlərindən ölüb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Fazil İlyas oğlu Mustafayev yaşadığı evdən yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

11:36 - 17 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin