Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto

 Məryəmin orqanları 6 nəfərə həyat verdi - Foto

“Narmiw.Niko” bloqunun sahibi Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva son mənzilə yola salınıb.

Asayis.az xəbər verir ki, bloger bu barədə İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, Məryəm ölümündən sonra da insanlara həyat bəxş edib:

“Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi”.

O qeyd edib ki, həyata keçirilən orqan donorluğu sayəsində bir neçə insan yenidən yaşamaq şansı qazanıb:

“Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.

10:08 - 17 İyun 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin