Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb

 Azərbaycanda kirayə qiymətləri 7%-dən çox artıb

Bu ilin I rübünün yekununda Azərbaycanda kirayə qiymətləri ötən ilin I rübünün yekunu ilə müqayisədə 7,3 %, fevralın sonuna nisbətən isə 0,3% çox olub.

Asayis.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rüblük "Pul Siyasəti İcmalı"nda bildirilir.

Bundan başqa, hesabat dövründə ilkin mənzil bazarında qiymətlər orta hesabla 13,1 %, təkrar mənzil bazarında isə 8,1% artıb. Ümumi qiymət artımı da 8,1% təşkil edib.

11:48 - 15 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin