Bakıda Aeroport yolunda yük avtomobili yanıb.
Asayis.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki, "Ford Transit" markalı yük avtomobili naməlum səbəbdən qəfil alışaraq yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi əməkdaşları və polis qüvvələri cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, yanğın söndürülüb.
"Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Ford " markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb", - deyə məlumatda bildirilir.
