Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq

 Sabiq deputatın şirkəti buna görə 3.6 milyon qazanacaq

Xocavənd rayonunun Tuğ kəndinin xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisinə 3 600 000 AZN sərf olunacaq.

Asayis.az Pravda.az-a istinadən xəbər verir ki, sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi, icraçı isə Azərsutəchizattikinti ASC-dir.

Tərəflər arasında müqavilə bağlanıb.

Qeyd edək ki, ASC-nin qanuni təmsilçisi sabiq deputat Mirzəcan Xəlilovdur.

11:08 - 15 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin