Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

 Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub.

Asayis.az APA-ya istinadla xəbər verir ki, sədr postuna iki namizəd var - xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov.

Kinematoqrafçılar İttifaqındannbildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir.

09:46 - 11 May 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin